Respublika Kliniki Uroloji Xəstəxanasında təlim: “Klinik protokolların tətbiqi”
22.11.2023 11:44
TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsi tərəfindən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında “Klinik protokolların tətbiqi” mövzusunda təlim keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, təlimdə tibb müəssisəsinin direktoru Fariz Babayev, direktor müavini və mərkəzin tibbi heyəti iştirak edib.
 
Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva çıxış edərək hər bir tibb müəssisəsində göstərilən xidmətin beynəlxalq standartlara uyğun və yüksək keyfiyyətdə olmasının vacibliyi barədə danışıb. Vurğulayıb ki, klinik protokolların tətbiqi və ona nəzarət üçün işlək mexanizmin qurulması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılması olduqca önəmlidir.
 
Təlimin keçirilməsində məqsəd mövcud və daim yenilənən klinik protokolların personala çatdırılması və klinik protokolların tətbiqinə nəzarətin həyata keçirilməsini təmin etməklə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.
 
Sonda həkimlər tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev