Pərvin Əkbərov “Cənubi Qafqazın regional eksperti” seçilib
21.11.2023 19:35

Yeni Klinikanın direktor müavini, Somatika və STROK Mərkəzinin rəhbəri, t.ü.f.d. Pərvin Əkbərov Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “MEDICA-2023” sərgisində iştirak edib.

Aztibb.az-a Klinikadan bildirilib ki, dünyanın ən böyük tibbi sərgilərindən olan “MEDİCA-2023”-ə 70-ə yaxın ölkədən 5000-dən çox iştirakçı qatılıb. Sərgidə tibbi görüntüləmə, laboratoriya texnologiyası, diaqnostika, mobil sağlamlıq, həmçinin fizioterapiya və ortopediya texnologiya və tibbi istehlak materialları sahələrindən geniş çeşiddə innovativ məhsul və xidmətlər təqdim olunub.

“Asalaser” şirkətinin 40 illiyi münasibəti ilə sərgidə təşkil olunan tədbirdə iştirak edən Dr. Pərvin Əkbərov regionda lazer terapiyasının geniş istifadəsində göstərdiyi səylərə görə İtaliya şirkəti tərəfindən “Cənubi Qafqaz üzrə regional ekspert” seçilib.

Patentləşdirilmiş “Hilterapia” (yüksək intensivlikli lazer terapiyası) texnologiyasının istifadəçisi olan Dr. Pərvin Əkbərov uzun müddətdir total diz və bud-çanaq artroplastikasından sonra yüksək intensivlikli lazer terapiyasının təsirlərini araşdırır. Araşdırmanın əsas məqsədi əməliyyat sonrası ağrıların yaxşılaşdırılmasında “Hilterapia”nın effektivliyini sübut etməkdən ibarətdir.

Qeyd edək ki, “Asalaser” 1983-cü ildən lazer terapiya və maqnitoterapiya cihaz istehsalçıları arasında öndə gedən və sabahın səhiyyəsinin inkişafına fəal dəstək verən şirkətdir.



Dünya səviyyəli forumlar, mühazirələr və xüsusi şouları əhatə edən “MEDICA-2023” sərgisi yeni məhsulların təqdimatı və mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev