ATU-da “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüş baş tutub  
22.11.2023 10:10

Azərbaycan Tibb Universitetində (ATU) “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə bu şirkət tərəfindən idarə olunan “Web of Science” elmi platformasında aparılan işlər haqqında məlumat verilib.

 

Universitetin rektoru, professor Gəray Gəraybəyli bu platforma sayəsində universitetin professor-müəllim heyətinin, tədqiqatçıların və tələbələrin dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları barədə elmi məlumatlara çıxışının təmin olunduğunu qeyd edib. O, bu əməkdaşlığın ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsinə böyük töhfə olduğunu bildirib. Elmi işlər üzrə prorektor, professor Rauf Bəylərov isə şirkətlə əməkdaşlıq çərçivəsində görülən işlər və hədəflər barəsində danışıb.

 

“Clarivate Analytics” şirkətinin regional nümayəndəsi Anna Trifonova və Elmi araşdırmaların qiymətləndirilməsi üzrə strateji məsləhətçisi Valentin Bogorov “Web of Science” bazasının özündə təbiət, texniki, sosial elmlər haqqında məlumatları əks etdirən elmi nəşrləri birləşdirdiyini, burada indekslənən jurnalların beynəlxalq elm ictimaiyyətində yüksək status və təsir gücünə malik olduğunu bildiriblər. 

 

Görüşdə ATU ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. Qeyd edək ki, Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib. Bu əməkdaşlıq çərçivəsində son illər ərzində Azərbaycan alimlərinin “Web of Science” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı dəfələrlə artıb. Hətta 2018-ci ildə həmin platformada  daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib.

 

Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzər prorektoru, dosent Orxan İsayev, Rektorun müşaviri, İnformasiya Texnologiyaları departamentinin müdiri Rəmzi Əliyev, İnnovasiya və Keyfiyyətin İdarə olunması şöbəsinin müdiri Aygün Babayeva, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev