Bu il 9 min əlilliyi olan şəxsə 71,2 min reabilitasiya vasitəsi verilib
21.11.2023 15:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 10 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz çox olmaqla 71,2 min reabilitasiya vasitəsi verilib.

 

Bu barədə Aztibb.az Agentliyin feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Onlardan 317-i təkərli oturacaq (o cümlədən 310-u mühərrikli təkərli oturacaq), 2031-i aşağı və yuxarı ətraf, habelə 364-ü döş protezi, 1319-u eşitmə aparatı, 2363-ü qoltuqaltı və dirsəkaltı ağac olub.  Həmçinin əlilliyi olan şəxslərə 2436 cüt protez ayaqqabı, 5842 yarım cüt ortopedik ayaqqabı 146 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

 

Yanvar-oktyabr aylarında ümumilikdə 9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

 

Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 2035 şəxsə 46 min reabilitasiya vasitəsi verilib, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır