Mədə-bağırsaq xəstəliklərinin artmasının səbəbi nədir?
26.11.2023 10:44
 
Mədə-bağırsaq patologiyasının aşkarlanması üçün endoskopik müayinələrin tətbiqi dünyada qızıl standart kimi qəbul olur. Əsasən qastroskopiya və kolonoskopiya müayinə üsullarından geniş istifadə edilir. Məlum olduğu kimi, qastroskopiya ilə həzm sisteminin üst hissəsini – qida borusunu, mədəni, oniki barmaq bağırsağını müayinə etmək mümkündür. Bu üsul vasitəsilə qarın ağrısını, mədə-bağırsaqda qanaxma şübhəsini, anemiyanı, iltihabı, həzm sistemi xərçəngini və başqa simptomları aşkar etmək olur. Xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün qastroskopiya müayinəsi zamanı şübhəli bilinən yerlərdən biopsi götürülür.
 
Diaqnoz Tibb Mərkəzinin qastroenteroloq-endoskopisti Rəfael Həsənov Aztibb.az-a bildirib ki, düzgün qidalanmama, əsəb gərginliyi, ekoloji vəziyyət və s. mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.
 
Onun sözlərinə görə, kolonoskopiya yoğun bağırsaq xəstəliklərini müayinə etmək üçün bir üsuldur. Prosedur mikrokameralı fibrokolonoskopun köməyilə aparılır. Kolonoskopiya zamanı zond anusdan daxil edilir və fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir.
 
Rəfael Həsənov qeyd edib ki, bu müayinə vasitəsi ilə gizli qanaxmanı, iltihab, şiş və digər patologiyaları müəyyən etmək olur: "Pasiyentlərin endoskopik müayinələrdən çəkinməsi ilə bağlı məsələyə gəlincə, istər qastroskopiya, istərsə də kolonoskopiya qorxulu deyil. Müayinələr zamanı pasiyentlər ağrı hiss etməsin deyə, onlara heç bir əlavə təsiri olmayan yuxugətirici dərmanlar vurulur. Qastroskopiya müayinəsi təxminən 5, kolonoskopiya müayinəsi isə patologiyadan asılı olaraq 15-30 dəqiqə çəkir".
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub