ATU əməkdaşları Əmək və Sosial Münasibətlər Akademiyasında mühazirə oxuyublar  
21.11.2023 14:37

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tapşırığı əsasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Peşəkar risklər: hüquqi baza, tədbirlərin təşkili, həmkarlar ittifaqlarının rolu” mövzusunda təlim keçirilib.

 

Azərbaycan Tibb Universitetindən Aztibb.az-a bildirilib ki, təlim əməyin mühafizəsi üzrə texniki əmək müfəttişləri, həmkarlar ittifaqı təşkilatlarının sədrləri və müvəkilləri üçün təşkil edilib.

 

Təlimdə ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları - dosent  Səyyad Gürzəliyev və dosent Minayə Nəbiyeva “Xroniki xəstəlik hallarının qarşısının alınmasında həyata keçirilən əsas tədbirlər: istehsalat xəsarətlərinin  və kəskin peşə xəstəliklərinin qarşısının alınmasının əsasları, ilkin və dövrü tibbi müayinələrin aparılması qaydaları” və “Bəzi kateqoriyalı işçilərin tibbi müayinəsi. İşçilərin klinik müayinəsi: sənədlər, yeni zəmanətlər, işçinin və işəgötürənin öhdəlikləri. Təhlükəsiz iş şəraiti” mövzusunda mühazirə oxuyublar.

 

Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və hər iki mühazirəyə dair suallar ətraflı cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb