Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan azyaşlı sağlamlığına qovuşub
19.11.2023 15:44

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2020-ci il təvəllüdlü azyaşlı ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, azyaşlıda huşsuzluq, tənəffüs pozğunluğu müşahidə olunurdu və ona açıq-kəllə beyin travması, baş-boyunun əzilməsi, qarın nahiyəsinin küt travması, sağ qulağın qanaması diaqnozları qoyulub.

 

Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən uşaq, şöbənin müdiri Namiq Dəmirçiyev və uzman həkim Leyla Mercan tərəfindən müayinə olunub.

 

Xəstənin damar yolları açılaraq müvafiq infuziyalar aparılıb. Burun, ağciyər yolları intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Həmçinin müvafiq USM müayinəsi olunaraq, analizlər götürülüb.

 

Azyaşlı müalicəsinin davamı üçün Leyla Mercanın da müşaiyyətilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Həkim-neyrocərrah Rövşən Bağırovun müşahidəsi altında davam edən müalicənin nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib və süni tənəffüs aparatından ayrılıb. Azyaşlı tamamilə sağlamlığına qovuşaraq ambulator müalicə üçün evə buraxılıb.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev