Uzman həkimlər Sabunçu Tibb Mərkəzində fəaliyyətə başlayıblar
19.11.2023 09:36

Uzman həkimlər - Leyla Mercan Sabunçu Tibb Mərkəzində anestezioloq-reanimatoloq, Sait Mercan isə neyrocərrah kimi fəaliyyətə başlayıblar.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, Leyla Mercan 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2007-2016-cı illərdə həkim-terapevt olaraq Bakıda özəl tibb müəssisəsində çalışıb.

 

O, 2016-cı ildə Türkiyədə uzmanlıq təhsili almağa başlayıb. 2017-2022-ci illər ərzində Ankaradakı Hacettepe Universitetində anestezioloq-reanimatoloq üzrə assistant vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildə uzman anestezioloq-reanimatoloq adını qazanıb.

 

Leyla Mercan 2020-ci ildə assistanlığı donduraraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "REACT C-19" layihəsinin həkimi seçilib, Azərbaycanın müxtəlif xəstəxanalarında “COVID-19” üzrə reanimasiya şöbələrində çalışıb. Daha sonra 44 günlük Vətən müharibəsi dövründə könüllü həkim kimi fəaliyyət göstərib.

 

Uzman həkim Sait Mercan isə 2000-2007-ci illərdə İran Tibb Universitetində təhsil alıb. O, 2007-2014-cü illərdə təcili tibbi yardım həkimi olaraq çalışıb.

 

2015-ci ildə Türkiyədə uzmanlıq təhsilinə başlayıb. 2015-2020-ci illərdə Ankaradakı Hacettepe Universitetində beyin və sinir cərrahiyyəsi üzrə assistant kimi fəaliyyət göstərib.

 

O, 2020-ci ildə uzman həkim-neyrocərrah adını qazanıb. 2020-2021-ci illərdə Ankarada, 2021-2023-cü illərdə Vanda həkim kimi çalışıb.

 

Qeyd edək ki, uzman həkimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində fəaliyyətə başlayıblar.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev