Yeni Klinikanın direktor müavini vəzifəsinə təyinat olub
18.11.2023 13:44

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktor müavini vəzifəsinə yeni təyinat olub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

 

Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetimdə təhsil alıb. 2007-2008-ci ildə Onkoloji Klinikada internatura keçib. O, 2012-2016–cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və mamalıq kafedrası - Tibb fakültəsində uzmanlıq keçib.

Əmək fəaliyyətinə 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında başlayan həkim mama-ginekoloq daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin Iğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.

 

2018-2021-ci illərdə “Fellowship” təqaüd proqramı ilə Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsinin Ekstrakorporal mayalanma bölməsində təhsil aldığı müddətdə həmin şöbədə fəaliyyət göstərib.

 

O, 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum şöbəsinin müdiri işləyib. Daha sonra Uniklinika və Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev