Mərkəzi Gömrük Hospitalın baş həkimi Almaniyada beynəlxalq tibb sərgisində iştirak edib
18.11.2023 13:21

Mərkəzi Gömrük Hospitalının rəisi -baş həkimi, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində keçirilən “MEDİCA 2023” Beynəlxalq Tibbi Sərgisində iştirak edib.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, Bəxtiyar Musayev sərgidə iştirak edən dünyanın bir çox aparıcı tibbi avadanlıq və ləvazimatların istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşüb, son yeniliklərlə tanış olub, geniş fikir mübadiləsi aparıb.

 

Sərgidə müxtəlif ölkələrin tibb və səhiyyə sahəsində çalışan istehsalçıları, distribütorları və peşəkarları bir araya gəliblər. Burada tibbi avadanlıqlar, tibbi məhsullar, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunub.

 

Qeyd edək ki, MEDİCA Beynəlxalq Tibbi Sərgisinin yarım-əsrlik tarixi var və təşkil olunduğu vaxtdan bu günədək dünyanın bir çox şirkətləri, dövlət qurumları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün əhəmiyyətli beynəlxalq platformaya çevirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub