Türkiyəli mütəxəssislər ATU əməkdaşlarına təlim keçiblər
19.11.2023 08:45

ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasında Azərbaycanın kanalizasiya sularında psixoaktiv maddələrin analizi layihəsi çərçivəsində “Madde Kullanımı İle Mücadelede Atık Su Epidemiyolojisinin Kullanılması Eğitimi” adlı təlim təşkil olunub.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Təlim ATU və Türkiyənin Ankara Universiteti arasında imzalanmış memorandum çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi yanında TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dəstəyi ilə həyata keçirilib. Türkiyədən gələn 5 nəfərdən ibarət nümayəndə heyəti Əczaçılıq toksikologiyası və kimya kafedrasının əməkdaşlarına “Kanalizasiya sularında psixoaktiv maddələrin analizi” mövzusunda təlim keçiblər.

 

Nümayəndə heyətinə Ege Universitetindən professor Serap Annette Akgür, Duygu Yeşim Ovat, Ankara Universitetindən professor Nebile Dağlıoğlu, Çukurova Universitetindən, dr. Evşen Güzel və Aslı Atasoy Aydın daxil idi.

 

Görüşdə TİKA-nın koordinatoru Fatih Yılmaz da iştirak edib.

 

Tədbirdən sonra Türkiyədən gələn qonaqlar və kafedra əməkdaşları ATU-nun Anatomiya kafedrasının muzeyində də olublar. Anatomiya kafedrasının müdiri, dosent A.Abdullayev, professorlar M.Allahverdiyev və N.Mövsümov qonaqları muzey eksponatları ilə tanış ediblər.

 

Daha sonra Əczaçılıq kimyası kafedrasının laboratoriyası ilə tanış olan nümayəndə heyətini ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov da qəbul edib və gələcək layihələr barədə müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub