Abşeron Rayon Mərkəzi Xəstəxanasında qızılca xəstəliyi ilə bağlı tədbir keçirilib
18.11.2023 11:38

Abşeron Rayon Mərkəzi Xəstəxanasında qızılca xəstəliyi ilə bağlı tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Müslümə Cəfərova, ailə sağlamlıq mərkəzlərinin rəhbərləri, pediatrlar, terapevtlər, infeksionistlər və allerqoloqlar iştirak ediblər.

 

Tədbir zamanı xəstəxananın həkim-infeksionisti Əminə İsmixanova məruzəçi qismində çıxış edərək bildirib ki, qızılca virus mənşəli xəstəlik olduğundan hər hansı bir spesifik müalicəsi yoxdur:

 

“Xəstəlik insandan insana hava-damcı yolu ilə keçir və yüksək yoluxduruculuq qabilliyyətinə malikdir. Körpələri, eləcə də peyvənd olunmayan şəxslərin immunizasiyasını tövsiyə edirəm. Xüsusilə qızılca ilə təmas olubsa ilk 72 saat ərzində peyvəndin vurulması vacibdir”.

 

Daha sonra Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Müslümə Cəfərova çıxış edərək vacib məqamlara toxunub:

“Qızılca əhaliyə bəsit xəstəlik kimi görünsə də onun ciddi fəsadlarla nəticələnə biləcək ağırlaşmaları olur. Əgər övladınızda və ya özünüzdə hər-hansı kataral əlamət və ya səpki müşahidə olunursa, mütləq şəkildə həkimlə əlaqə saxlamaq lazımdır. Unutmayaq ki, hər hansı düzgün olmayan müdaxilə sağlamlığınıza ciddi şəkildə zərbə vura bilər”.

 

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev