Atatürk Universitetinin professoru ATU tələbələrinə mühazirə oxuyub  
18.11.2023 09:44

Türkiyə Atatürk Universitetinin Daxili xəstəliklər tibb bacılığı kafedrasının professoru Mehtap Kavurmaçının ATU-nun Ailə təbabəti kafedrasında İctimai səhiyyə fakültəsinin ali tibb bacısı ixtisası üzrə təhsil alan tələbələri və kafedranın əməkdaşları ilə görüşü keçirilib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Toplantını açan Ailə təbabəti kafedrasının müdiri, professor İbrahim İsayev son illərdə Azərbaycan Tibb Universiteti ilə Türkiyənin bir çox universitetləri arasında səmərəli əlaqələr qurulduğunu, həmçinin müəllim və tələbə mübadiləsinin genişləndiyini qeyd edib.

 

Professor Mehtab Kavurmaçı təmsil etdiyi universitetdə tədrisin aparılması haqqında geniş məlumat verib və “Kardiovaskulyar sistem xəstəlikləri və tibb bacılığı” mövzusunda mühazirə oxuyub.

 

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan mühazirə ətraflı müzakirə olunub.

 

Tədbirin sonunda tələbə və əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev