Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü münasibətilə tədbir keçirilib
17.11.2023 20:26

Bu gün Naxçıvan Perinatal Mərkəzdə Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü münasibətilə tədbir keçirilib.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, Perinatal Mərkəzin direktoru Ülkər Bayramova açaraq bildirib ki, sağlam həyatın təməli sağlam hamiləlikdən sonra vaxtında və sağlam doğuşla başlayır. Lakin dünyada və ölkəmizdə bir çox körpələr vaxtından əvvəl, hamiləlik prosesi başa çatmamış doğulur.

 

Diqqətə çatdırılıb ki, normal hamiləliyin orta müddəti 40 həftədir. Körpə 37 həftədən əvvəl doğulubsa, bu, vaxtından əvvəl doğulmuş körpə sayılır. Doğuş nə qədər tez olarsa, sağlamlıq riskləri bir o qədər çox olar. Bu səbəblərə görə də prenatal baxımın keyfiyyəti və kəmiyyəti böyük əhəmiyyət kəsb edir.

 

Qeyd olunub ki, Naxçıvan Perinatal Mərkəzdə erkən doğulan uşaqlara hərtərəfli tibbi xidmət göstərilməsi üçün lazımi şərait yaradılıb və yenidoğulmuşlar yüksək qayğı ilə təmin olunublar.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova “Naxçıvan Muxtar Respublikasında uşaqlara göstərilən dövlət qayğısı”, Dicle Universiteti Uşaq Sağlığı və Xəstəlikləri bölümünün professoru, həkim-pediatr İlyas Yolbaş “Dünya təcrübəsində erkən doğulan uşaqlara yanaşma metodları”, pediatr Hafizə Rzayeva “Naxçıvan Perinatal Mərkəzdə erkən doğulan uşaqlara tibbi xidmət və qayğı”, ginekoloq Nəzakət Gülməmmədova “Erkən doğuşların səbəbləri” mövzusunda çıxışlar ediblər.

 

Sonda vaxtından əvvəl doğulmuşlara qarşı həssaslığı və imtiyazı təmsil edən bənövşəyi rəngin və uşaq corablarının Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Gününün simvolu olduğu qeyd edilib və bənövşəyi rəngli şarlar havaya buraxılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev