Akademik Mirəsədulla Mirqasımovun məzarı ziyarət olunub
17.11.2023 15:51

Noyabrın 17-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, səhiyyə nazirinin müavini Nadir Zeynalov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov və ictimaiyyət nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

 

Aztibb.az-ın məlumatına görə, akademik Mirəsədulla Mirqasımovun ailə üzvləri və ictimaiyyətin nümayəndələri görkəmli alimin məzarı üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

 

Mirəsədulla Mirqasımovun elmi, ictimai fəaliyyətindən danışan akademik İsa Həbibbəyli görkəmli alimin Azərbaycan Elmlər Akademiyasının qurucu prezidenti kimi elm tariximizə düşdüyünü, ölkə elminin bütün sahələri üzrə aparılacaq fundamental elmi tədqiqatların istiqamətlərinin müəyyən edilməsinə də xüsusi diqqət yetirdiyini söyləyib. Qeyd edib ki, təbiət və texniki elmlər üçün lazımi maddi-texniki bazanın yaradılması, laboratoriyaların təşkili də akademik Mirəsədulla Mirqasımovun adı ilə bağlıdır.

 

Sonra çıxış edən akademik Mirəsədulla Mirqasımovun oğlu, Xalq artisti Oqtay Mirqasımov atasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə minnətdarlığını bildirib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır