Xızıda məktəbdə İİV-lə bağlı maarifləndirmə aksiyası təşkil olunub
18.11.2023 09:13
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə növbəti maarifləndirici aksiya Xızı şəhər tam orta məktəbində təşkil olunub.
 
RQMM-dan Aztibb.az-a verilən xəbərə görə, “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər. Aksiyada məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb.
 
Tədbirdə çıxış edən RQMM-in mütəxəssisi İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ətraflı məlumat verib. Gənclər arasında xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmağın yolları barədə məlumat verilib, bu virusa yoluxan insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğu diqqətə çatdırıb.
 
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb. Məktəblilərə İİV/QİÇS-ə aid broşurlar və bukletlər paylanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır