ÜST Azərbaycanın təcili yardım həkimlərinin Türkiyədə keçirilən Təcili Tibb Konqresində iştirakına dəstək göstərib
17.11.2023 09:29
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın təcili yardım həkimlərinin Türkiyənin Antalya şəhərində keçirilən Təcili Tibb Konqresində iştirakına dəstək göstərib.
Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, ÜST Azərbaycanda təcili yardım sistemlərinin (TYS) təkmilləşdirilməsinə dəstək göstərmək üçün yerli səhiyyə tərəfdaşları ilə fəal əməkdaşlıq edir.
Beynəlxalq miqyasda TYS sahəsində ən son yeniliklər və təcrübələrlə tanış olmaq üçün Azərbaycanın bir qrup təcili yardım həkimləri və qərarverici şəxslərinin Türkiyənin Antalya şəhərində keçirilən 9-cu Avrasiya Təcili Tibb Konqresi və Təcili və Təxirəsalınmaz Xəstələr üzrə 2-ci Ultrasonoqrafiya Simpoziumunda iştirakına dəstək göstərilib. İki il ərzində ÜST tərəfindən təlim keçilib və ölkədə TYS-nin transformasiyasına əhəmiyyətli töhfə verməsi nəzərdə tutulan həkimlər qrupu olan TYS Potensial Qrupunun 14 üzvü də səfərə qatılıb.
Tədbir zamanı Azərbaycan nümayəndə heyəti təcili yardım üzrə müxtəlif sessiyalara qoşularaq digər iştirakçılarla əlaqə qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edib. Onlar, həmçinin ÜST ilə əməkdaşlıqda həyata keçirilən TYS-nin gücləndirilməsi tədbirlərini və qazanılmış uğurları nümayiş etdirdilər, işlərini daha da təkmilləşdirmək üçün beynəlxalq TYS mütəxəssislərindən dəyərli rəylər alıblar.
Səfər zamanı növbəti 10-cu Avrasiya Təcili Tibbi Yardım Konqresinin 2024-cü ildə Bakıda təşkil edilməsi qərara alınıb.
Həmçinin TYS Potensial Qrupun üzvləri olan azərbaycanlı həkimlər konqres çərçivəsində Türkiyədə ilk dəfə keçirilən TYS Virtual Reallıq (VR) müsabiqəsində birinci yeri tutublar.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

