Tanınmış həkim-aktyor Ercan Kesal ATU tələbələri ilə görüşüb
16.11.2023 16:42

Tanınmış türk aktyoru, rejissor, ssenarist, yazıçı və həkim Ercan Kesalın Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri ilə görüşü baş tutub.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, görüş zamanı tanınmış aktyor-həkim özü barədə tələbələrə ətraflı məlumat verib. O, həkimlik sənətinin müqəddəs və bənzərsiz bir sənət olduğunu qeyd edib. Bunu həkimlərin xəstələrə şəfa verməsi və yenidən həyata qaytarması ilə izah edib: “Siz əgər xəstələrə şəfqət və həssaslıqla yanaşsanız, onlar ən yaxınlarına demədikləri ürək sözlərini sizə deyə, sirlərini belə sizinlə bölüşə bilər. Siz təkcə onlara şəfqət verən bir həkim yox, həm də sirr yoldaşı, sirdaşı olacaqsınız. Xəstələr sizdə ilk olaraq bir şəfqət hiss etməli, sizə inanmalıdır ki, etdiyiniz müalicə öz nəticəsini göstərsin. Yoxsa edilən müalicə heç bir nəticə verməyə bilər”.

 

Ercan Kesal 1984-cü ildə Ege Universitetinin Tibb fakültəsinin məzunu olduğunu, bir müddət Ankara, Kesin, Bala və bir çox qəsəbələrdə tibb ocaqlarında çalışdığını, sərbəst həkimlik peşəsi ilə məşğul olan zaman isə “tətbiqi psixologiya və sosial antropologiya” ixtisası üzrə təhsil aldığını söyləyib.

 

Qeyd edib ki, aktyorluq sənətini qəbul etməsində həyat yoldaşı Nazan Kesalın müstəsna rolu olub: “Mən ədəbiyyatı, poeziyanı sevməklə yanaşı, aktyorluğu da çox sevirdim. Görünür, məndə aktyorluq qabiliyyətin olduğunu həyat yoldaşım Nazan xanım hiss edə bilibmiş. Ona görə də məni 2002-ci ildə Nuri Bilge Ceylanla tanış etdi. O, mənə “Uzaq” filmində epizodik bir rol təklif etdi. Oynadım və bununla da mənim aktyorluq karyeram başladı. Sonra onun çəkdiyi “Üç Meymun” filminə dəvət aldım. Filmdə Sərvət rolunu uğurla ifa etdim”.

 

Ercan Kesal Türkiyənin tanınmış şair və yazarlarının daim onların qonaqları olduğunu, şer məclislərinin qurulduğunu, şairlərin yazdığı şeirləri və etdikləri söhbətləri maraqla dinlədiyini də tələbələrin diqqətinə çatdırıb. Düşdüyü mühitin onun poeziyaya, ədəbiyyata marağının artmasına təsirsiz ötüşmədiyini bildirib.

 

Tanınmış həkim-aktyor tələbələri maraqlandıran sualları da cavablandırıb.

 

Sonda o, nəşr etdirdiyi kitabları tələbələrə hədiyyə edib.

 

Onun yazdığı kitablar -  “Əvvəl zaman”, “Öz işığında yanan adam”, “Həkimlik sənətləri”, “Əslində...”, “Nəsibsiz adayız” və s. nəşrlər Tibb Universitetinin tələbələri tərəfindən böyük həvəslə qəbul edilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub