Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Kuba Respublikasında işgüzar səfərdədir
16.11.2023 13:05

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətini Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruz qəbul edib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, görüşdə Kuba Respublikasının Baş naziri Azərbaycan və Kubanın tarixi milli liderləri arasındakı münasibətlərin xalqlar arasındakı əlaqələrin səviyyəsinə əhəmiyyətli təsirini qeyd edib və bundan məmnunluğunu bildirib.

 

Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatının beynəlxalq arenadakı nüfuzunun yüksəldiyini və aparıcı siyasi qüvvəyə malik təşkilata çevrildiyini xüsusilə vurğulayıb.

 

Manuel Marrero Kruz son dövrlər ölkələr arasındakı təmasların artdığını və müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.

 

Azərbaycan Republikasının səhiyyə naziri Teymur Musayev səmimi qəbul və qonaqpərvərliyə görə Manuel Marrero Kruza təşəkkürlərini bildirib. Nazir, bu səfərin ölkə rəhbərləri arasındakı münasibətlərin məntiqi nəticəsi olduğunu qeyd edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır