Mikrobiologiya İnstitutunun layihəsi Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
16.11.2023 10:51

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun layihəsi Azərbaycan Elm Fondunun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi-2023”ün qalibləri sırasındadır. Elm Fondunun Müşahidə Şurasının qərarına əsasən Mikrobiologiya İnstitutunun layihəsi də qalib elan olunub.

Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.

 

Bildirilib ki, qrant müsabiqəsində 13 layihə, o cümlədən AMEA-nın müxbir üzvü Pənah Muradovun rəhbəri olduğu “Meyvə və giləmeyvə bitkilərinin in vitro şəraitində embriogenez və morfogenez induksiyasının fundamental əsaslarının öyrənilməsi, əldə olunan klonların inkişafının, məhsuldarlığını və xəstəliktörədicilərinə davamlılığını yüksəldən biopreparatların alınması və istehsal texnologiyasının elmi əsalarının hazırlanması” layihəsi qalib olub. Layihənin 9 icraçısı arasında Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 3 əməkdaşı da yer alır. Layihə üzrə nəzərdə tutulan işlər hər iki institutun laboratoriya və təcrübə sahələrində yerinə yetiriləcək. Layihənin yerinə yetirilməsi 2 il müddətinə nəzərdə tutulub.

 

Qeyd edək ki, “Əsas Qrant Müsabiqəsi-2023”ün proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlarla yanaşı, nümayiş layihələri və innovasiyalar da daxil olmaqla geniş spektrli fəaliyyəti dəstəkləyir. Məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmin səviyyəsini yüksəltmək və tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özlərinin təklif etdikləri mövzular üzrə tədqiqatlarını dəstəkləməkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub