Vaxtından əvvəl dünyaya gələn körpə sağlam şəkildə evə yola salınıb - ETMGİ
15.11.2023 19:28

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 31-ci həftəsində dünyaya gələn körpə sağlam şəkildə evə yola salınıb.

 

Bu barədə Aztibb.az-a İnstitutdan xəbər verilib.

 

31 həftəlik hamilə olan qadın ağrılar və uşaqlıq üzərindəki çapığın yararsızlığı şikayəti ilə İnstitutun Qəbul şöbəsinə yaxınlaşıb. Həkim mama-ginekoloq Cahan İslamova tərəfindən konsultasiya olunduqdan sonra dölün respirator distres sindromunun qarşısını almaq üçün tədbirlər görülüb. Sonra vəziyyəti ilə əlaqədar dərhal qeysəriyyə kəsiyi icra olunub və əməliyyat fəsadsız keçib.

 

Vaxtından əvvəl dünyaya gələn azçəkili körpə Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb. Həkim-neonatoloq Günel Xəlilovanın və tibbi heyətin nəzarətində olan körpəyə daimi olaraq Təranə Kərimova tərəfindən ultrasəs müayinə icra olunaraq vəziyyəti nəzarətdə saxlanılıb. 20 günlük stasionar müalicədən sonra, körpə sağlam şəkildə ailəsinə təhvil verilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub