ATU əməkdaşı Anadolu Universitetində dərs keçib
13.11.2023 17:36

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, ə.ü.f.d. Əfsanə Məmmədova “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinin Əczaçılıq fakültəsində pedaqoji fəaliyyət göstərib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, mübadilə proqramı zamanı Ə.Məmmədova Əczaçılıq fakültəsinin dekanı və Toksikoloji kimya kafedrasının rəhbərliyi ilə görüşüb.

 

O, Əczaçılıq texnologiyası kafedrasında mühazirələr oxuyub, seminar və laborator məşğələlərdə iştirak edib. Eləcə də səfər imtahan həftəsinə təsadüf etdiyi üçün 1 və 2-ci kurslarda keçirilən yazılı və test imtahanını izləyib.

 

Səfər zamanı Əfsanə Məmmədova Anadolu Universitetinin Əczaçılıq texnologiyası kafedrasının müdiri, professor Ebru Başaran, Əczaçılıq kosmetologiyası bölümünün rəhbəri, dosent Evrim Akyil, Əczaçılıq biotexnologiyası bölümünün rəhbəri, professor Gülay Büyükköroğlu, Klinik əczaçılıq kafedrasının müdiri, professor Yusuf Öztürk, Farmakoqnoziya kafedrasının müdiri, professor Mine Kürkçüoğlu və digər əməkdaşlarla görüşlər keçirərək, dərs proqramları, tədris sistemi, kafedraların elmi-araşdırma istiqamətləri, magistratura qaydaları və s. müzakirələr aparıb.

 

Əfsanə Məmmədova, həmçinin Əczaçılıq fakültəsinin müxtəlif laboratoriyalarına (əczaçılıq texnologiyası, toksikoloji kimya, farmakologiya) da baş çəkərək, ordakı təchizat və avadanlıqlarla yaxından tanış olub. Professor-müəllim heyəti ilə görüşlər zamanı elmi işlər, onların birgə yerinə yetirilməsi, magistratura təhsil səviyyəsində mübadilə proqramları və birgə nəşrlərlə bağlı söhbətlər aparılıb.

 

Səfər zamanı ATU əməkdaşı orada təhsil alan və məzun olan həm bakalavr, həm də magistrant azərbaycanlı tələbələrlə də görüşüb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib