Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin Zəfər Gününə həsr olunan konfransı keçirilib  
13.11.2023 17:10

Noyabrın 11-də Göttingen şəhərində Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB/AMD e.V.) 8 Noyabr Zəfər Gününə həsr olunan konfransı keçirilib. Tədbirdə Almaniyada çalışan yüzdən artıq azərbaycanlı həkim və elm xadimləri iştirak ediblər.

 

Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Konfransa Azərbaycandan telekörpü vasitəsilə qoşulan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov konfrans iştirakçılarını salamlayıb və Zəfər Günü münasibətilə təbrik edib. V.Qurbanov çıxışında TƏBİB-in fəaliyyəti barədə məlumat verib, xaricdə təhsil  almış həkimlərin ölkə səhiyyəsinə töhfələrindən bəhs edib. O, həmçinin TƏBİB-in xaricdə çalışan azərbaycanlı həkimlər və tibb təşkilatları ilə əlaqələrin, birgə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

 

Tədbirdə çıxış edən AATİB sədri doktor Elşən Qarayev və sədr müavini doktor Elşən Ağayev iştirakçıları salamlayaraq Zəfər Günü münasibətilə təbrik edib, konfransın önəmi barədə məlumat veriblər.

 

Daha sonra geniş təqdimatla çıxış edən E.Qarayev AATİB-in tarixi və son illərdəki fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

 

AATİB fəxri üzvü, Almaniyada Mannheim Universitet Xəstəxanasında çalışan azərbaycanlı həkim və elm xadimi Vüqar Yaqublu Almaniya və Azərbaycan arasında səhiyyə sahəsində icra olunan layihələrdən və yeni ideyalardan danışıb. Natiq çıxışında interdissiplinar təbabətin önəmini vurğulayıb və həkimlərimizi Azərbaycandakı qurumlar ilə icra olunan layihələrdə yaxından iştirak etməyə çağırıb.

 

Konfransın ikinci hissəsi Almaniyada müxtəlif ixtisaslarda çalışan həkimlərin elmi çıxışları ilə davam edib.

 

AATİB İdarə Heyəti üzvləri neyrocərrahlar Turab Qasımov və Ruslan Muradzadə, həmçinin torakal cərrahlar Elbəy Rəsullu və Əziz Fətulla təqdimatlarında öz ixtisasları üzrə ən aktual mövzulara toxunaraq konfrans iştirakçılarının qarşısında maraqlı mühazirələrlə çıxış ediblər.

 

Tədbirə dəvət olunan çıxışçılardan Leyla Werner Almaniyada pulmonologiya ixtisasında rezidentura təhsili və bu ixtisasın önəmi, oral cərrahiyyə mütəxəssisi Pərviz Rəhimli isə özəl stomatoloji sığortanın üstünlükləri barəsində məlumat veriblər.

 

Konfransa dəvət olunan mütəxəssislər arasında Almaniyada ən böyük ailə sağlamlıq mərkəzi şəbəkələrindən biri “All&Inn Medizin“ sahibləri olan azərbaycanlı həkimlər Fuad Orucov və Yusif Rüstəmov öz uğurlu təcrübələri barədə iştirakçıları məlumatlandırıb, ailə həkimliyi institutunun səhiyyə sistemində önəmi barədə geniş məruzə ilə çıxış ediblər.

 

Konfransın sonunda AATİB-ə yeni üzvlər qeydiyyata alınıb, növbəti illər üçün idarə heyətinə seçkilər baş tutub.

 

Qeyd edək ki, Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyi 2020-ci ilin dekabr ayında Almaniya Federativ Respublikasının Visbaden şəhəri Ədliyyə Baş İdarəsinin 02.12.2020-ci il 7380 №-li qərarı ilə qeydiyyatdan keçmişdir (AATİB, almanca AMD e.V.) və azərbaycanlı həkimlər tərəfindən Almaniyada bu formatda yaradılmış ilk birlikdir.

 

AATİB Almaniyada çalışan yüzlərlə azərbaycanlı tibb işçisini, tibb sahəsində akademik fəaliyyətlə məşğul olanları və tibb tələbələrini təmsil etməyi, onlar arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasını və inkişafını əsas hədəflərindən biri olaraq seçib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır