Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun əməkdaşları İsmayıllı və Qəbələ rayonlarında ezamiyyətdə olublar
04.08.2023 10:28

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Epidemiologiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Lalə Rüstəmova, Epidemiologiya bölməsinin müdiri, b.e.d., dosent Nəsib Namazov, Protozoozlar bölməsinin müdiri, t.ü.f.d. Fatma Hüseynova, Yoluxucu xəstəliklərin epidemiologiyası bölməsinin müdiri Süleyman Məmmədov və Klinik şöbənin həkim-infeksionisti Xatirə Aslanova İsmayıllı və Qəbələ rayonlarında ezamiyyətdə olublar.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, ezamiyyət müddətində qeyd olunan rayonların GEM-nin epidemioloq və entamoloqları ilə birlikdə leyşmaniozlar (dəri və visseral) və yuxarı tənəffüs yolları infeksiyalarının qeydiyyatı, laborator diaqnostikası, profilaktikası və epidemioloji nəzarətin təşkili məsələləri araşdırılıb.

 

İnstitutun mütəxəssis həkimləri iyulun 26-da İsmayıllı, iyulun 28-də isə Qəbələ rayonlarının Mərkəzi xəstəxanası və GEM əməkdaşlarının birgə iştirakı ilə elmi seminar keçirib, elmi tövsiyyələrini verib və elmi-metodik köməklik göstəriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır