Nitq qüsurunun əmələgəlmə səbəbləri – Nələrə diqqət edilməli?/Müsahibə
25.03.2021 14:13

Nitq qüsurlarının səbəbləri arasında ilk növbədə doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, yəni evdə valideynlərin müxtəlif dildə danışması çoxluq təşkil edir.

 

Bu barədə Aztibb.az-a “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının loqopedi Bəxtiyar Qasımov müsahibə verib.

 

Daha bir vacib səbəb cizgi filmlərində olan işıq effektləri və hərəkət dinamikasıdır ki, bunlar da nitqin inkşafını ləngidir.

 

- Analar daha çox nələrə diqqət etməlidir?

 

- Analar bir sıra məsələlərdə çox diqqətli olmalıdır:

 

- Uşaq üç aylığında səsə reaksiya vermir, başını çevirmirsə;

 

- 4-6 ayında "b","p" kimi səsləri səsləndirmirsə;

 

-  7 aylığında ətrafa reaksiya vermirsə (yəni uşağa acıqlanan zaman ağlamır, güldürərkən gülmürsə);

 

- 9-10 aylığında kiçik hecaları söyləmirsə, uşaqda nitqin inkşafı ləngiyir, yaxud gələcəkdə qüsurlu nitq formalaşır.

 

- Məlumdur ki, nitqi qüsurlu olan insanlarda özünəinam hissi də zəif olur. Nitq qüsurları nə vaxtdan başlayır? Neçə forması vardır?

 

- Adətən nitqin qüsurlu olmasına uşaq yaşlarda daha çox təsadüf edilir.

 

Uşaqlarda onun bir neçə formasına rast gəlinir:

 

- Alaliya - baş beynin hər hansı bir hissəsinin inkşafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmaması.

 

- Dizartriya - mərkəzi sinir sistemindəki güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. 

 

- Dislaliya - sözlərdə hərflərin istifadəsi dəyişir.

 

Bəzən dizartriyaları dislaliyalarla səhv salırlar, lakin dizatriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir.

 

- Rinolaliya - burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox burundan ifadə olunur (tın-tın danışma).

 

- Loqonevroz (kəkələmə) - söz axını, səs tembri, yaxud heca ritminin pozulmasıdır ki, bu forma getdikcə ağırlaşmağa meyilli olur.

 

- Uşaqlarda nitq qüsurları özünü hansı formada büruzə verir?

 

- İki formada ozünü göstərir: bioloji və sosioloji formada

 

Bioloji forma anadagəlmə olur. Hamiləlik zamanı ananın keçirdiyi infeskion xəstəliklər, doğuş zamanı alınan baş-beyin tramvaları və doğuşdan sora qazanılan xəstəliklər uşaqlarda nitq qüsurlarının yaranmasına gətirib çıxarır.

 

Sosioloji faktorlar isə nitqin düzgün tərbiyə olunmamasıdır.

 

Bunlara aiddir:

 

1. Ailələrdə ikidillilik;

 

2. Uşağın saatlarla televiziya qarşısında vaxt keçirməsi;

 

3. Nənə və babanın uşaqla uşaq dilində danışması və sair.

 

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA