Dezinfeksiya Mərkəzinin baş həkimi: “Məktəbdə infeksion xəstəlik aşkarlanarsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur”
15.03.2021 12:15

“Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə olunur”.

 

Bu fikirləri Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov deyib.

 

Onun sözlərinə görə, bu məqsədlə virus və bakteriyaların daha çox yayılmasına səbəb olan yerlər - əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur: “Dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəlikləri, virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır”.

 

Baş həkim qeyd edib ki, təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsul ilə aparılır: “Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman sinif otaqları, partaları, pəncərə altlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı, məktəblərdə növbələrarası cari dezinfeksiya işləri də aparılmalıdır”.

 

Mütəxəssis, həmçinin bu maddələrin insan sağlamlığına hər hansı bir zərərinin olub-olmaması məsələsinə də aydınlıq gətirib: “Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyəmizə təmas etsə ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı, gözdə göynəmə hissi yarana bilər. Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçün ilk öncə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır”.

Bu bölməyə aid digər xəbərlər
"Qobustan Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji və LOR mərkəzləri yaradılacaq" - MÜSAHİBƏ
07.04.2025 | 12:06
Mahirə Məmmədova: "Yaddaşın pozulması mərkəzi sinir sisteminin metabolizminin pozulması ilə əlaqədar ola bilər"
29.03.2025 | 12:03
Hematoloq: "Mieloma xəstəliyi kimyəvi terapiya, radioterapiya, CART-cell müalicəsi və sümük iliyi transplantasiyası ilə icra edilir”
27.03.2025 | 13:43
Rafiq Bayramov: "Ölkəmizdə istər Səhiyyə Nazirliyi, istərsə də TƏBİB tərəfindən vərəmlə mübarizəyə kifayət qədər dəstək var"
24.03.2025 | 13:58
İlhamə Cəfərli: "Yaxşı həkim olmaq üçün bilik kifayət deyil"
22.03.2025 | 16:47
Fikrət Əhmədov: "Tədris Cərrahiyyə Klinikasında 10 ilə yaxındır Böyrək transplantasiyası şöbəsi fəaliyyət göstərir"
13.03.2025 | 17:25
Akademik Əhliman Əmiraslanov: “Respublikamızın ixtisaslaşdırılmış tibb müəssisələrində protezlə təchizat işi qənaətbəxş vəziyyətdədir"
09.03.2025 | 16:37
Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru: "İstifadəçilər üçün “Elektron Səhiyyə” və “Reseptim” mobil tətbiqləri istifadəyə verilib"
09.03.2025 | 15:04
İmran Qurbanov: “Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ötən il cərrahi əməliyyatların sayı 2 dəfəyə yaxın artıb”
04.03.2025 | 11:45
Aybəniz Saniyeva: “Xətai Tibb Mərkəzində Oftalmologiya şöbəsi fəaliyyətə başlayacaq”  
11.06.2024 | 17:43