Bağırsaq qanaxmasının səbəbləri və müalicəsi ilə bağlı MÜSAHİBƏ
12.03.2021 13:10

“Mənə daha çox ünvanlanan suallardan biri də bağırsaq qanaxmasının törəmə səbəbindən olub-olmaması ilə bağlıdır”.

Bu sözləri ümumi cərrah, koloproktoloq Türkan Gündüz bağırsaq qanaxmaları barədə Aztibb.az-a müsahibəsində deyib.

- Bağırsaq qanaxması törəmə səbəbindən ola bilərmi? Bu, necə müəyyən edilir və əlamətləri hansılardır?

- Bağırsaq qanaxması törəmələr nəticəsində də baş verə bilər. Öncə xəstədə nəcisə getməkdə çətinliklər yaranır, bağırsaq qanaması baş verir. Yalnız düzgün müayinə edildikdən sonra bunun hansı səbəbdən baş veməsi müəyyən edilir.

- Bu zaman hansı müayinə vacibdir?

- Əgər düz bağırsaq xərçəngindən şübhələniriksə, xüsusi güzgülər – anoskoplar vasitəsilə baxaraq, biz bu xəstəliyi təyin edə bilirik. Əgər törəmə düz bağırsağın yuxarı hissəsindədirsə, mütləq şəkildə rektoskopik, yaxud da kolonoskopik müayinə şərtdir. Yalnız bu müayinələrdən sonra müəyyən olunur ki, burada bağırsaq törəməsi, yaxud bağırsaq xorası var və qanaxmanın səbəbi babasil, anal çat, yoxsa bağırsaq polipidir.

- Düz bağırsaq xərçəngi müşahidə edildikdə hansı yol izlənilir?

- Əgər düz bağırsaq xərçəngi varsa, bağırsağın re-zeksiyasını – əməliyyatını icra edirik və anostomoz, yaxud da stoma qoyuruq.  Bu zaman isə hər xəstəyə görə individual əməliyyat taktikası seçilir.

- Bağırsaq qanaxmasından əziyyət çəkənlərə nə məsləhət verərdiniz?

- Erkən qoyulmuş diaqnoz insan həyatını xilas edə bilər. Ona görə də, bu kimi problemləri olanlar gecikdirmədən həkim-mütəxəssisə müraciət etməlidir.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA