Ağır koronavirus xəstələrində ECMO cihazından istifadəyə dair müzakirələr aparılıb
05.03.2021 19:36
5 mart 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev açılış nitqi ilə çıxış edərək ağır koronavirus xəstələrində düzgün ECMO istifadəsinin vacib rolundan danışıb.
 
Koronavirus pandemiyası dünya gündəmini zəbt etdiyi andan etibarən Mərkəzi Gömrük Hospitalının tibb personalının koronavirusla mübarizədə ön cəbhədə mübarizə apardığını vurğulayan Bəxtiyar Musayev uğurlu ECMO istifadəsinə dair hospitalın təcrübəsini bölüşüb. Ökəmizdə ilk dəfə koronaviruslu xəstədə ECMO cihazının məhz Mərkəzi Gömrük Hospitalında uğurla tətbiq olunduğunu deyən Bəxiyar Musayev seminarın işinə uğurlar arzulayıb.
 
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d, Dr. Rəşad Mahmudov çıxış edərək Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Elmi-Təcrübi və Tədris Mərkəzinin həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təkmilləşdirici seminarlar, təcrübə mübadiləsinin həyata keçirilməsi üçün konfrans və təlimlər təşkil etdiyini deyən Rəşad Mahmudov davamlı tibbi təhsilin tibb işçilərinin peşəkar fəaliyyətində mühüm rola malik olduğunu qeyd edib.
 
Seminar Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, anestezioloq-reanimatoloq Dr. Tural Sadıqovun “Süni tənəffüs aparatında olan xəstədə nə zaman ECMO barədə düşünək? Nə vaxt və kimə ECMO?”, hospitalın anestezioloq-reanimatoloqu Dr. Xəyal Məmmədovun “Ağır koronavirus xəstəsinin qiymətləndirilməsi: Ağciyər qoruyucu ventilyasiyada ECMO-nun rolu” və hospitalın ürək-damar cərrahı Dr. Kənan Əsədovun “ECMO taxmanın texniki problemləri, zamanlamanın vacibliyi” mövzularındakı təqdimatları ilə davam edib.
 
Rəşad Mahmudovun moderatorluğu və 100-ə yaxın həkimin iştirakı ilə həyata keçirilən onlayn seminarda müxtəlif mövzularda müzakirələr aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən pasiyent Diaqnoz Tibb Mərkəzində sağlamlığına qovuşub
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının uroloqu Pərviz Nəsirov - Həkimlərimizi tanıyaq!