Alimlər zəncəfil və sarımsağın ömrü uzatdığını təsdiqləyirlər - TƏDQİQAT
02.03.2021 13:35

Alimlər zəncəfil və sarımsaqdan istifadənin insanı qocaldan soyuqdəymə prosesinin qarşısının alınmasında müsbət təsirini təsdiqləyirlər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, araşdırmalara görə, yaşlaşma insan bədəninin fizioloji funksiyalarının pisləşməsi ilə xarakterizə olunur və bəzi xəstəliklərlə: ürək-damar, nevroloji, xərçəng, maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir. Oksidləşdirici stress və iltihab yaşlaşmanın inkişafına kömək edir. Aparılan tədqiqatlara istinad edən “Express” nəşriyyatı zəncəfil və sarımsaqdan istifadənin bu proseslərə müqavimətini artırdığını bildirir.

 

Sarımsaq. Tokioda Yakut şirkətinin təşkil etdiyi qocalma problemlərinə həsr olunmuş tədqiqat konfransında təqdim edilən nəticələrə görə, sarımsaqdan istifadənin bağırsaqların fəaliyyətini yaxşlaşdırması ömrün uzanmasına müsbət təsir göstərir. Alimlər ədviyyəli tərəvəzin bağırsaq üçün faydasını sarımsağın tərkibindəki “yaxşı” bakteriyaları artıran çoxmiqdarlı liflərlə əlaqələndirirlər. Bu mikroorqanizmlər xərçəng, kəmağıllıq, piylənmə və psixi xəstəliklərin yaranmasına təsir göstərə biləcək toksinləri ifraz edən zərərli bağırsaq bakteriyaları ilə mübarizə aparır.

 

Zəncəfil. ABŞ-ın Milli Tibb Kitabxanası zəncəfilin ürək-damar sisteminin vəziyyətinin göstəricilərini yaxşılaşdırmaq qabiliyyətini təsdiq edən məlumatları dərc edib: onun sayəsində triqliseridlərin və Aşağı Sıxlıqlı Lipoproteinlərdəki (ASL) “pis” xolesterinin səviyyəsi azalır.

 

Zəncəfil neyrodegenerativ və metabolik pozulmalarla (şəkərli diabet, piylənmə) əlaqəli xəstəliklər də daxil olmaqla bəzi patoloji prosesləri boğmağa və tənzimləməyə qadirdir.

 

Zəncəfil və sarımsaq. “Sift Deck Research Page” dərc olunan tədqiqatın nəticələri antioksidan və iltihab əleyhinə təsirlərin sürətli qocalmadan qoruduğunu təsdiqləyir.

 

“Əvvəlki işlər, sarımsaqdan istifadənin orqanizmdə oksidləşdirici stressi azaldan qlutation kimi daxili antioksidanların səviyyəsini artırdığını göstərir. Öz növbəsində zəncəfil də iltihab əleyhinə təsir göstərir, və bu xüsusiyyətlər qocalma prosesini ləngidir”, - deyə elmi ekspertlər vurğulayır.

 

Alimlər zəncəfil və sarımsağın ömrün uzanmasına təsirini çoxsaylı bioloji aktiv birləşmənin tərkibi ilə izah edirlər.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən pasiyent Diaqnoz Tibb Mərkəzində sağlamlığına qovuşub
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının uroloqu Pərviz Nəsirov - Həkimlərimizi tanıyaq!