ÜST: Avropada COVID-19 virusunun yayılma sürəti azalır
20.02.2021 17:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu ölkələrində COVID-19-a yoluxma hallarının sayı artıq beşinci həftədir ki, ardıcıl olaraq azalır. Son üç həftə koronavirusdan ölənlərin sayında da azalma qeydə alınır.

 

Bunu ÜST-ün Avropa bürosunun rəhbəri Hans Klyuge Cenevrədə mətbuat konfransında bildirib. O, səhiyyə xidmətlərinin normal iş rejimi qurmasını tövsiyə edib, lakin bununla yanaşı sayıqlığı itirməməyə səsləyib.

 

Aztibb.az bu barədə BMT-nin rəsmi saytına istinadla xəbər verir.

 

Klyuge deyib: “ÜST-ün Avropa regionunda bütün pandemiya ərzində 37 milyondan artıq yoluxma və təxminən 830 min ölüm faktı qeydə alınıb, ardıcıl olaraq beşinci həftədir ki, yoluxma hallarının sayında azalma müşahidə olunur. Ötən ilin sentyabrından bəri ilk dəfə olaraq, həftə ərzində qeydə alınan yeni yoluxma hallarının sayı milyondan az təşkil edir”.

 

O əlavə edib ki, hazırda yeni yoluxma hallarının 28 faizi və yeni ölüm hallarının 21 faizi Avropanın payına düşür.

 

ÜST-ünAvropa bürosunun rəhbəri hesab edir ki, COVID-19-a qarşı mübarizə ilə paralel olaraq xidmətlərin tam həcmdə təqdim edilməsi üçün bütün səhiyyə xidmətlərinin normal iş rejiminin bərpa olunması vaxtı yetişib.

 

Onun sözlərinə görə, son aylar təkcə COVID-19 pasiyentləri üçün ayrılmış şöbələr deyil, psixiatriya xəstəxanaları da həddən artıq yüklənib. Pandemiya dövründə həyəcan və depressiya sindromundan əziyyət çəkən insanların sayı xeyli artıb.

 

H.Klyuge hesab edir ki, yaxın həftələrdə region ölkələrində getdikcə daha çox səhiyyə işçiləri peyvəndlənəcək, təxirə salınan əməliyyatların keçirilməsinə, kimyaterapiya kursları və planlı vaksinləmə üzrə kampaniyaların yenidən bərpasına nail olunacaq. Lakin bununla yanaşı, COVID-19-un yayılmasının qarşısını alan tədbirlərin zəifləməsinə yol vermək olmaz.

 

Avropa regionunun 20 ölkəsindən toplanmış məlumata görə, bu günədək COVID-19 əleyhinə immunlaşdırmadan keçmiş tibb işçilərinin sayı 1 faizdən 46 faizədək, orta hesabla 19 faizdir.

 

Bununla yanaşı, Klyuge vurğulayıb ki, epidemioloji vəziyyətin yaxşılaşması sayıqlığı itirmək üçün səbəb deyil, çünki aldadıcı təhlükəsizlik hissi pandemiyanın yeni dalğasına çevrilə bilər.

 

Bu gün regionda vaksinləmənin səviyyəsi hələ də çox aşağıdır. Məlumatları təqdim edən 30 ölkədə əhalinin yalnız 1,8 faizinə COVID-19-a əleyhinə peyvənd vurulub.

 

Koronavirusun yeni ştamlarından danışan Klyuge xatırladıb ki, onların hamısı elə “SARS-CoV-2”dir və onları əldə olan ehtiyat və müdafiə tədbirlərinin köməyi ilə nəzarət altında saxlamaq mümkündür.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Yaşasın Haqverdiyev - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının nevroloqu