Türkiyədə koronavirusdan ölənlərin sayı 6 minə yaxınlaşır 
08.08.2020 23:43

Türkiyədə son sutka ərzində daha 16 nəfər koronavirusdan ölüb. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 829 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 63 842 nəfərdən 1 172-nin cavabı pozitiv çıxıb.

Bununla da yoluxanların ümumi sayı 239 622  nəfərə çatıb. Müalicə olunan  1082 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  239 622 nəfər koronavirusdan müalicə olunub".