Elektron kartların yeni növü sınaqdan keçirilir
09.07.2020 01:37

Bu ildən Tatarıstanda, Kemerovo və Moskva vilayətlərində işçilərin vahid tibbi kartlarının yaradılması üzrə pilot layihəsi istifadəyə verilib. Yeni layihənin ideyası ondan ibarətdir ki, kartlara yalnız işçilərin poliklinikalara və xəstəxanalara müraciətinə dair məlumatlar deyil, həm də peşə imtahanlarının nəticələri haqqında məlumatlar daxil edilsin.

 

meddaily.ru saytının məlumatına görə, “İşçinin vahid (elektron) tibbi kartı” platforması insanın sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün cihazlardan (qlyukometrlər, addımölçənlər, və s.) məlumatları əldə etməyə, uzunmüddətli əmək qabiliyyətsizliyi dövründə isə həkimlərin fəaliyyətini və pasiyentin davranışını təhlil etməyə imkan verir. Sistemin köməyi ilə insanların idarə olunması və aktiv həyat dövrünün uzadılmasına dair yanaşmalar dəyişəcək.

 

İşçilərin sağlamlığının saxlanılması proqramının müəssisələrə təsirindən asılı olaraq işə götürənlər üçün sığorta tariflərinin dəyişdirilməsi gözlənilir. Proqramlar effektiv olarsa tariflər azaldılacaq. Elektron tibb kartları isə bu kimi proqramların məhsuldarlığını analiz etməyə kömək edəcək.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim briqadası tərəfindən Laçında kardioloji müayinələr keçirilib
Lənkəranda bir qrup tibb işçisi peşə bayramları münasibətilə təltif edilib
Tibb işçilərinin dayanıqlı və “yaşıl” səhiyyə naminə həmrəy peşə bayramı
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Süni intellekt və tibbi transhumanizm: Diaqnoz, müalicə və proqnozlaşdırma sahəsində irəliləyişlər
 Azərbaycan tibb elminə ağır itki üz verib   
“Həkimlərimizi tanıyaq!” rubrikası peşəkar təbiblərimizi tanıtmaqda davam edir!
Suraxani Tibb Mərkəzinin otorinolarinqoloqu Zərifə Məmmədova - Həkimlərimizi tanıyaq!
Gənc həkim Göyçay Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb
Qan vermək insanlarda ürək-damar sisteminin fəaliyyətini normallaşdırır - MÜSAHİBƏ
Uşaqların sağlamlığının keşiyində duran mehriban və diqqətcil pediatr - Nigar Mirzəyeva
Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb
Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir qrup tibb işçisi təltif edilib
Xətai Tibb Mərkəzinin mama-ginekoloqu Şərifə Musayeva - Həkimlərimizi tanıyaq!
 Tibb Universitetində təhsil alan türkman tələbələr Multikulturalizm Mərkəzində olublar