3 gün süni ventilyasiya aparatında, 4 gün “CPAP”da müalicə alan körpə sağlam şəkildə evə yola salınıb
20.06.2024 17:20

3 gün süni ventilyasiya aparatında (SVA-da), 4 gün “CPAP”da müalicə alan körpə sağlam şəkildə evə yola salınıb.

 

Respublika Klinik Xəstəxanasından Aztibb.az-a bildirilib ki, Qəbələ rayonundan Xəstəxanaya müraciət edən ailənin ilk oğul nəvəsi 2 600 qr çəkidə dünyaya gəlib.

 

Yenidoğulmuş tənəffüs pozuntusu sindromu diaqnozu ilə 3 gün süni ventilyasiya aparatında (SVA-da), 4 gün “CPAP”da müalicə alıb.


Həyatının ilk günlərində yaşam mübarizəsi verən körpə ailəsinin arzusu ilə İkinci Qarabağ müharibəsi şəhidi, hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin xatirəsinə onun adını daşıyacaq. Körpə doğumunun 11-ci günündə tam sağlam şəkildə evə yola salınıb.

 

Nəvələrinə sağ-salamat qovuşmalarını sevinc göz yaşları ilə qarşılayan baba və nənə körpənin sağlamlığının keşiyində dayanan Neonatologiya şöbəsinin müdiri Rəna Qasımovaya, həkim-neonatoloq Sevda Qayıbova və ginekoloq Nigar Hüseynovaya təşəkkürlərini bildiriblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA