17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür
17.06.2024 09:00

Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

 

Aztibb.az xəbər verir ki, hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

 
Həmin gün öz tarixini Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün, iyunun 17-də hökumətin kabinəsində Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə və Sosial Təminat naziri Xudadat bəy Rəfibəyli olub.
 

Bu günün qeyd olunmasında məqsəd tibb işçilərinin zəhmət və əməyinə hörmət və ehtiram göstərmək, onların insan həyatının qorunmasında göstərdikləri əvəzsiz xidmətlərə diqqət yetirmək və Azərbaycanda tibb sahəsinin inkişafına və nailiyyətlərinə nəzər yetirməkdir.

 

Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

 

Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların ödənişsiz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

 
Aztibb.az səhiyyə xəbər portalı tibb işçilərini peşə bayramı münasibətilə təbrik edir, bu çətin və şərəfli yolda onlara uğurlar arzu edir. 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası
 Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub   
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
 “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” adlı simpozium keçirilib   
 ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu ürək əməliyyatı   
Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin iclası keçirilib
“Nevrologiyada tibbi genetika” adlı dərsliyin təqdimatı olub 
Xaçmazda tanınmış həkim vəfat edib
“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur
Siyəzən RMX-da könüllü qanvermə aksiyası
 Famil Mustafa:
Polikistik Over Sindromunun adı dəyişdi - İllərdir natamam izah edilirmiş