“Həkimlərimizi tanıyaq!” rubrikası peşəkar təbiblərimizi tanıtmaqda davam edir!
15.06.2024 10:12

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizə insanlara şəfa bəxş edən, səmimi xarakteri ilə xəstələrə səhhətlərindəki problemləri unutduran, cəfakeş təbiblərdən biri Rüstəmov İlyas Baxış oğlunu təqdim edirik.

 

O,  1957-ci ildə 24 aprel Ermənistanın Sisyan rayonun Şəki kəndində anadan olub. 1974- cü ildə Bakı şəhər 5 nömrəli kimya-biologiya təmayüllü orta məktəbi bitirib. 1974-1980- cı illərdə Nəriman Nərimanov adına Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında internatura keçib.

 

İlyas Rüstəmov 1981-ci ildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında sahə pediatrı, daha sonra Şamaxı RMX-nın Uşaq poliklinikasında şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən ixtisasartırma kursunu keçərək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsində pediatr-infeksionist kimi fəaliyyətini davam etdirir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları