
Qan təzyiqi yeməkdən əvvəl, sakit bir şəraitdə ölçülməlidir
13.06.2024 09:32
Hüceyrələrin qidalanması və enerji istehsal edə bilməsi üçün lazım olan maddələr və oksigen qan yolu ilə çatdırılır, əmələ gələn lazımsız mübadilə məhsulları və karbondioksid yenə də qan vasitəsilə hüceyrədən daşınır. Ürək bir pompa (nasos) rolunu oynayır: ağciyərlərdən gələn “təmiz“ qanı arteriyalar vasitəsilə bütün vücuda pompalayır və “kirli“ qanı venalar vasitəsilə ağciyərlərə çatdırır.
Bu barədə Aztibb.az-a məlumat verən ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, hər bir ürək atımında ürək əvvəlcə qanı pompalamaq üçün yığılır, sonra qanın yenə ürəyə dolması üçün “boşalır“, istirahət halına keçir. Qan pompalanan zaman aorta divarındakı ən yüksək təzyiq sistolik qan təzyiqi, istirahət halında əmələ gələn ən aşağı təzyiq isə diastolik qan təzyiqi adlanır. Optimal sistolik təzyiq 120 mm c.s.-dan, diastolik təzyiq 80 mm c.s.-dan aşağı olmalıdır.
Onun sözlərinə görə, yetişkin (18 yaşını keçmiş) insanda fərqli iki gündə ən az iki dəfə aparılan ölçmədə sistolik təzyiqin 140 mm c.s. və ya daha çox olması, diastolik təzyiqin isə 90 mm c.s. və ya daha çox olması hipertoniyadır.
Sistolik təzyiqi 120-139 mm c.s., diastolik təzyiqi 80-89 mm c.s. aralığında ölçülən insanlar hipertoniya xəstəliyi üçün namizəddirlər və həkim tərəfindən məsləhət görülən sağlam qidalanma, siqareti tərgitmə, idman hərəkətləri etmə, bədən çəkisi artıqdırsa arıqlama kimi bəzi tədbirləri almalıdırlar.
Ramil Əliyev qeyd edib ki, qan təzyiqi yeməkdən əvvəl, ən az 10 dəqiqə sakit bir şəraitdə dincəldikdən sonra ölçülməlidir. Pasiyent son yarım saat içərisində çay qəhvə içməməli, siqaret çəkməməlidir. Qolu sıxan geyim çıxarılmalıdır. Qol alt tərəfdən dəstəklənərək ürək səviyyəsində tutulmalıdır. Hər iki qoldan ən az 2 dəqiqə fasilə ilə 2 dəfə ölçmə aparılıb orta rəqəm alınmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025 | 15:41
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17.04.2025 | 09:50
Alimlər laboratoriyada ilk insan hüceyrələri vasitəsilə təbii diş böyüdüblər
14.04.2025 | 15:16
Qarabaşaq həqiqətənmi arıqladır?
14.04.2025 | 14:05
Süni intellektlə beynin “rəqəmsal əkizləri” yaradılıb
14.04.2025 | 12:28
Ölümcül antibiotikə davamlı 'super bakteriyalar' təyin olunub
13.04.2025 | 15:36
bOPV – Poliomielit xəstəliyinə qarşı istifadə olunan peyvənddir
13.04.2025 | 15:23
Yuxu həbləri Alzheimer xəstəliyinə səbəb olan zülalları azalda bilər
13.04.2025 | 15:19
Prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı angioqrafiya mümkündür
13.04.2025 | 11:27
Duzlu suyun faydaları nələrdir?
13.04.2025 | 09:18
ÇOX OXUNANLAR
Ağstafa RMX-nın həkimi Rəna Abbasova uzunsürən xəstəlikdən sonra vəfat edib
08.04.2025 | 11:50

“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Nailə Səfərova
11.04.2025 | 09:39

Azərbaycanlı akademik “Şərəf” ordeni ilə təltif edilib
08.04.2025 | 16:54

42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
17.04.2025 | 16:13

Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
13.04.2025 | 16:40

TƏBİB müxtəlif vəzifələr üzrə vakansiyalar elan edir
11.04.2025 | 10:54

Azərbaycan tibb elminə ağır itki üz verib
11.04.2025 | 22:37

Nərgiz Qəhrəmanova "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi"nin fəxri üzvü seçilib
10.04.2025 | 09:31

Daha bir həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasını seçib
10.04.2025 | 14:31

Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
14.04.2025 | 11:56

Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
13.04.2025 | 17:14

Rəşad Mahmudov: "Akademik Zərifə Əliyevanın işıqlı həyatı hər birimiz, həkim olaraq şəxsən mənim üçün örnəkdir"
14.04.2025 | 16:09

Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
16.04.2025 | 14:11

Sabunçu Tibb Mərkəzində ağır travmatoloji əməliyyat uğurla icra edilib
08.04.2025 | 17:26

ATU-nun rektoru imtahanın gedişini izləyib
16.04.2025 | 11:01
