Balakən Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
04.06.2024 12:02
Balakən Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, aksiyada şəhid və qazi ailələri də daxil olmaqla ümumilikdə 68 nəfər iştirak edib.
 
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
 
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər.
 
Əvvəlcə hər bir donorun sağlamlığı yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.
 
Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.