
Rezidentlər ekologiyanın uşaq sağlamlığına təsirindən danışıblar
03.06.2024 14:50
Seminarın moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov belə tədbirlərin əhəmiyyətindən danışaraq universitetin rektoru, professor Gəray Gəraybəylinin rezidentlərə daim xüsusi diqqət ayırdığını, onların elmi fəaliyyətini dəstəklədiyini, bu istiqamətdə mühüm işlər həyata keçirildiyini vurğulayıb.
Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva çıxışında müasir dünyada ekoloji problemlərin aktuallığından, ətraf mühitə antropogen təsirlərin artan miqyasından söhbət açaraq, bəşəriyyət qarşısında duran bir sıra ciddi problemlərin həllinin qaçılmaz olduğunu, uşaq sağlamlığı və rifahının təmin edilməsində ekoloji yanaşmanın vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi məhz dünyadakı ekoloji problemlərin həllinə Azərbaycanın töhfəsi hesab edilə bilər.
Epidemiologiya və biostatistika kafedrasının müdiri, ə.e.x., professor İbadulla Ağayev, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva rezidentlərin aktual mövzularda elmi tezislərini müsbət qiymətləndiriblər və öz tövsiyələrini veriblər.
Bundan sonra gigiyena ixtisası üzrə rezident Fidan Əhmədli “Ekologiya və uşaqlar” adlı təqdimatla çıxış edərək, uşaqların sağlamlığına təsir edən ekoloji problemlər, uşaqların xəstələnməsi və ölümündə ətraf mühit amillərinin təsir səviyyəsi, uşaqların ekoloji problemlərə qarşı böyüklərdən fərqliliyi və unikallığı haqqında məlumat verib. Həmçinin uşaq sağlamlığının qorunmasında səhiyyə və digər dövlət qurumlarının birgə əməkdaşlığının xüsusi önəm daşıdığını söyləyib. Rezident Ülviyyə Əhmədova isə eyni ixtisas üzrə “Ekologiya və uşaqlarda miopiya” mövzusunda çıxış edib. O, uşaqlarda miopiyanın inkişafında ekologiyanın rolu, uşaqlar arasında miopiyanın yayılma səviyyəsi və profilaktikası barədə fikirlərini bölüşüb.
Təqdim edilən məruzələr maraqla dinlənilib və çıxışlar ətrafında geniş müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
ATU və BDU tələbələri İctimai Səhiyyə və İslahatlar Mərkəzində təcrübə keçirlər
22.04.2025 | 18:49
Tələbələr elektron siqaretin zərərli təsirləri barədə məlumatlandırılıb
22.04.2025 | 14:56
ATU-nun İctimai səhiyyə və Əczaçılıq fakültələrində tədris planları müzakirə edilib
18.04.2025 | 14:39
BDU tələbələrinin Biofizika İnstitutunda istehsalat təcrübəsi uğurla başa çatıb
17.04.2025 | 14:57
Javeriana Universitetinin kafedra müdiri ATU-nun qonağı olub
17.04.2025 | 10:49
ATU-nun rektoru imtahanın gedişini izləyib
16.04.2025 | 11:01
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
15.04.2025 | 19:52
Amerikalı alim ATU-nun Tədris Cərrahiyyə Klinikasında mühazirə oxuyub
15.04.2025 | 15:18
ATU-nun Stomatologiya fakültəsinin tələbələri üçün müsabiqə keçirilib
15.04.2025 | 09:39
“Oxbridge Academy” məktəbinin şagirdləri ATU-nun Anatomiya muzeyi ilə tanış olublar
12.04.2025 | 14:30
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
17.04.2025 | 16:13

ATU-nun rektoru imtahanın gedişini izləyib
16.04.2025 | 11:01

Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq
21.04.2025 | 10:24

"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: İnvaziv-kardioloq Şəmşir Vəliyev
18.04.2025 | 12:45

Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
16.04.2025 | 14:11

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
15.04.2025 | 19:52

Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
15.04.2025 | 19:32

Naxçıvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan oftalmoloji aksiya təşkil edilib
16.04.2025 | 10:43

ATU-nun Stomatologiya fakültəsinin tələbələri üçün müsabiqə keçirilib
15.04.2025 | 09:39

Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
19.04.2025 | 17:41

Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
23.04.2025 | 10:57

Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib
15.04.2025 | 11:10

"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Təcrübəli terapevt Zahid Mehdiyev
17.04.2025 | 09:59

"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı: Rauf Məmmədov
20.04.2025 | 09:55

Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
23.04.2025 | 12:16
