Ağciyər tromboemboliyası nədir? 
03.06.2024 10:53
Ağciyər tromboemboliyası (ATE) — ağciyər kötüyünün və ya onun budaqlarının tromblarla tıxanması çox vaxt aşağı ətrafların dərin damar trombozları nəticəsində yaranır. Ağciyər tromboemboliyası ağciyər damarlarının trombla okklüziyası nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir.
 
Bu barədə Aztibb.az-a tanınmış ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev məlumat verib.
 
Onun sözlərinə görə, tromboemboliya geniş yayılmış ürək-damar patologiyasıdır. Daha çox yaşlılarda rast gəlinsə də, cavanlar da bu haldan istisna olunmurlar. xəstəliyin vaxtında aktiv müalicə tədbirləri aparılmazsa sağ mədəciyin kəskin çatışmazlığı fonunda ölüm baş verə bilər.
 
"Bu xəstəliyin əsasında tromb əmələ gəlməsi dayanır ki, buna da səbəb olan 3 amil qeydə alınır", - deyə bildirən Ramil Əliyev qan dövranının pozulması və ya venalarda qanın durgunluğu, damarların zədələnməsi və bu səbəbdən venoz sistemdə trombun formalaşması, eləcə də hiperkoaqulyasiya - qanda laxtalanmanın artmasında aktivliyin buna səbəb olduğunu söyləyib
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR