Qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük orqandır
02.06.2024 22:55

Qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir. Bu da xəstəliyin aşkarlanmasını çətinləşdirir. Xəstəliyə yoluxmamaq üçün vaxtında virus əleyhinə peyvənd vurulmalıdır.

 

Bu barədə Aztibb.az-a məlumat verən Diaqnoz Tibb Mərkəzində Baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov bildirib ki, qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük orqandır. O, qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorlarını sintez edib qanın laxtalanma prosesini təmin edir və maddələr mübadiləsində iştirak edir.

 

Həkimin sözlərinə görə, bu funksiyalarda zəifləmə baş verdikdə orqanizmdə zəiflik, iştahasızlıq, halsızlıq, arıqlama, sarılıq və digər simptomlar yaranır. Hepatozlar qaraciyərin piy distrofiyası (yağ hüceyrələrinin normadan 10 faiz və ya daha çox artması) nəticəsində əmələ gəlir. Buna qaraciyərin piylənməsi deyilir.

 

"Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır", - Tofiq Əkbərov əlavə edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA