“Hər yaşda sağlam ol” layihəsi çərçivəsində ahıl şəxslərin müayinəsi təşkil olunub
28.05.2024 14:15

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinin “Hər yaşda sağlam ol” layihəsi çərçivəsində ahıl şəxslərin müayinəsi təşkil olunub.

 

Aztibb.az-a Yeni Klinikadan verilən xəbərə görə, ilkin mərhələdə Nizami Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən sosial layihə çərçivəsində yaşı 65-dən yuxarı, tibbi dəstəyə ehtiyacı olan şəxslər Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan müayinələrdən keçiblər.

 

Layihə çərçivəsində 17 nəfər Terapiya, Kardiologiya, Nevrologiya, Fizioterapiya, Oftalmologiya, Travmatologiya şöbələrində müayinə olunaraq ambulator müalicəyə cəlb ediliblər.

 

Xatırladaq ki, daha öncə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsindən gələn ahıl şəxslərin müayinəsi təşkil olunub.

 

Qeyd edək ki, “Hər yaşda sağlam ol” layihəsi çərçivəsində respublikanın bütün rayonlarından olan ahıl şəxslərin Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində göstərilən tibbi xidmətlərdən yararlanması üçün onların klinikaya gətirilərək müayinələrinin yerində təmin olunması davam edəcək.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib