Ötən il dərman, sarğı ləvazimatlarının və materialların alınması üçün 116,1 milyon manat xərclənilib
23.05.2024 11:15

Keçən il Azərbaycanda dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə dövlət büdcəsindən 116,1 milyon manat vəsait yönəldilib.

 

Aztibb.az “Report”-a istinadla xəbər verir ki, bu, “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 22 milyon manat və ya 23,4 faiz çoxdur.

 

Hesabat dövründə sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8130,1 milyon manat (2022-ci illə müqayisədə 664,3 milyon manat və ya 8,9 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4396,4 milyon manat (2022-ci illə müqayisədə 845,8 milyon manat və ya 23,8 faiz çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 407,8 milyon manat vəsait yönəldilib.

 

Ümumilikdə məcmu olaraq sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsi xərclərinin 35,8 faizini və ya 13050,4 milyon manatını təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1473,4 milyon manat və 12,7 faiz çoxdur.

 

Son 5 ildə, yəni 2019-cu illə müqayisədə 2023-cü ildə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4 faiz-bənd, mütləq ifadədə isə 5289,1 milyon manat və ya 1,7 dəfə artıb.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA