Kliniki Tibbi Mərkəzdə laparoskopik total qastroktomiya əməliyyatı olunan vətəndaş sağlamlığına qovuşub  
23.05.2024 09:41
1969-cu il təvəllüdlü vətəndaş İlqar Poladov 14.05.2024-cü il tarixində səhhətindəki ciddi narahatlıqlar səbəbilə Kliniki Tibbi Mərkəzə müraciət edib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, xəstəyə müayinələrdən sonra kardioezofageal karsinoma diaqnozu qoyulub. Ümumi cərrahiyyə şöbəsinə yerləşdirilən xəstə 15.04.2024-cü il tarixində əməliyyata götürülüb.
 
Ümumi cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənov, cərrah həkim Leyla Allahverdiyeva və həkim-rezident Ağanur Cavadovun iştirakı ilə xəstə üzərində ağır əməliyyat hesab olunan laparoskopik total qastroktomiya icra edilib.
 
Əməliyyat uğurla başa çatıb, əməliyyatdan sonra xəstədə hər hansı narahatlıq müşahidə edilmir. Hazırda xəstənin vəziyyəti kafidir, stasionar şəraitdə kontrol müayinələri aparılır. Tam sağaldıqdan sonra evə buraxılması nəzərdə tutulur.