Xərçəngin ilk əlamətləri inkişafından yeddi il əvvəl bilinəcək - TƏDQİQAT
23.05.2024 08:28

Oksford Universitetinin alimləri yüksək səviyyələri xərçəngin başlanmasından 7 il əvvəl inkişafını göstərə bilən zülalları müəyyən ediblər.

Aztibb.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

40 mindən çox insanın iştirak etdiyi tədqiqat göstərib ki, qan analizində proteomikanın istifadəsi onkologiyanın inkişafını göstərən biomarkerləri tapmağa imkan verir.

1463 zülalın ətraflı nəzərdən keçirilməsi və təhlilindən sonra 107 biomarker müəyyən edilib, onların görünüşü klinik diaqnozdan 7 il əvvəl xərçəngin görünüşü barədə xəbərdarlıq edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları