Azərbaycan əsilli ilk Nobel Sülh mükafatçısı ATU-nun qonağı olub  
22.05.2024 11:28

Azərbaycan əsilli ilk Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, universitetin İnsan anatomiyası və tibbi terminologiya kafedrasını ziyarət edən azərbaycanlı alim "Anatomiya muzeyi" ilə yaxından tanış olub.

 

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev qonağa universitetin fəaliyyəti, o cümlədən İnsan anatomiyası və tibbi terminologiya kafedrasının işi haqqında məlumat veriblər.

 

Kafedra nəzdində yaradılan "Anatomiya muzeyi"ndə 6 mindən artıq eksponatın yerləşdiyi muzeyin, tibb təhsili alan tələbələr üçün əhəmiyyəti qeyd edilib. ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasını ziyarət edən Bəxtiyar Siracov ziyarətindən məmnun qaldığını bildirib. O, Azərbaycanda təhsil aldığı illəri, müəllimlərini xatırlayaraq, istənilən dövlətin inkişafında elmin böyük rol oynadığını qeyd edib. ATU-nun məzunlarının bu gün dünyanın nüfuzlu elm mərkəzləri və xəstəxanalarında çalışdığını bildirən B.Siracov görüş üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, 26 il ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (AEBA) çalışan Bəxtiyar Siracov Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Sülh mükafatına layiq görülən ilk azərbaycanlı alimdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
 Naxçıvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan oftalmoloji aksiya təşkil edilib