Daha bir region xəstəxanasında mürəkkəb cərrahi əməliyyat icra olunub  
22.05.2024 09:20
Bu günədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icra olunan bu cür mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında da həyata keçirilir. TƏBİB hər bir region xəstəxanasında belə imkanların yaradılması istiqamətində tədbirləri davam etdirir.
 
Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq aşağı çənənin yerdəyişməsi ilə sol bucaq sahəsinin sınığının əməliyyatı icra olunub.
 
Üz-çənə və rekonstruktiv mikrocərrah Kamil Abdullayev tərəfindən icra olunan cərrahi əməliyyat uğurla başa çatıb.
 
Məlumat üçün bildirək ki, tibb müəssisəsinə müraciət edən 25 yaşlı şəxsdə (kişi cinsli) alt dodağın və çənənin uyuşması ilə birlikdə alt çənənin içərisindən keçən sinirin öz kanalında zədələnməsi müşahidə olunub.
 
Həkimin sözlərinə görə, pasiyentin ağzı bağlamaq, ağzı açmaq, yemək yemə funksiyaları pozulub və malokluziya, xaricdən aşkar edilə bilən üz deformasiyası olub:
“Pasiyent üzərində əməliyyat uğurla icra etdik. Sınığa giriş ağız boşluğundan, üzdə kəsiklər olmadan həyata keçirildi. Bu yanaşma vasitəsilə sınıq sümük düzgün mövqedə düzəldilib və fraqmentlər titan lövhə, titan mini vintlər ilə sabitlənib”.
 
Qeyd edək ki, əməliyyatdan sonra pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA