Sabunçu Tibb Mərkəzində təlim: “Klinik protokolların tətbiqi”  
19.04.2024 15:52
Sabunçu Tibb Mərkəzində TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayevanın “Kliniki protokolların tətbiqi” mövzusunda növbəti təlimi baş tutub.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə Kəmalə Ağayeva çıxış edərək təlimin əsas məqsədinin beynəlxalq tövsiyələrə əsaslanan, adaptasiya olunmuş klinik protokolların praktik səhiyyədə tətbiqi, klinik protokolların tətbiqi zamanı baryerlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi olduğunu vurğulayıb.
 
Kəmalə Ağayeva qeyd edib ki, səhiyyə sisteminin bütün sahələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və izlənilməsində rəhbərlər və mütəxəssislərlə birgə tədbirlərin təşkili zəruridir. Bu tədbirlərə dəstək göstərilməsi məqsədilə klinik protokolların tətbiqinin monitorinqi və qiymətləndirilməsi üçün tibbi heyət öz təkliflərini qeyd etməlidirlər.
 
Şöbə müdirinin sözlərinə görə, xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası və idarəolunmasını asanlaşdırmaqla yanaşı, ağırlaşma və ölüm risklərini minimuma endirmək, maliyyə xərclərini azaltmaq, eləcə də kliniki protokolların tətbiqi prosesinin təkmilləşdirilməsi və tətbiqinə nəzarətin həyata keçirilməsini sürətləndirmək məqsədilə praktik həkimlər tərəfindən təsdiq edilmiş tövsiyələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
 
O, həmçinin klinik protokolların tətbiqi və nəzarəti üçün işlək mexanizmin qurulması, tətbiqin monitorinqinin təmin olunması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılmasının əsas hədəflərdən olduğunu qeyd edib.
 
Görüş interaktiv formatda davam edərək, sual-cavab sessiyası ilə yekunlaşıb.
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim briqadası tərəfindən Laçında kardioloji müayinələr keçirilib
Lənkəranda bir qrup tibb işçisi peşə bayramları münasibətilə təltif edilib
Tibb işçilərinin dayanıqlı və “yaşıl” səhiyyə naminə həmrəy peşə bayramı
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Süni intellekt və tibbi transhumanizm: Diaqnoz, müalicə və proqnozlaşdırma sahəsində irəliləyişlər
 Azərbaycan tibb elminə ağır itki üz verib   
“Həkimlərimizi tanıyaq!” rubrikası peşəkar təbiblərimizi tanıtmaqda davam edir!
Suraxani Tibb Mərkəzinin otorinolarinqoloqu Zərifə Məmmədova - Həkimlərimizi tanıyaq!
Gənc həkim Göyçay Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb
Uşaqların sağlamlığının keşiyində duran mehriban və diqqətcil pediatr - Nigar Mirzəyeva
Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb
Qan vermək insanlarda ürək-damar sisteminin fəaliyyətini normallaşdırır - MÜSAHİBƏ
Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir qrup tibb işçisi təltif edilib
Xətai Tibb Mərkəzinin mama-ginekoloqu Şərifə Musayeva - Həkimlərimizi tanıyaq!
 Tibb Universitetində təhsil alan türkman tələbələr Multikulturalizm Mərkəzində olublar