ATU əməkdaşları Qazaxıstanda beynəlxalq konfransda çıxış ediblər  
16.04.2024 10:10

Qazaxıstanın paytaxtı Astana şəhərində “Radiologiyada qadın sağlamlığı” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın 14 ölkəsindən radioloq mütəxəssislərin iştirakı ilə baş tutan bu tədbirdə ölkəmizi ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri professor Məlahət Sultanova və kafedranın əməkdaşı Vəfa Nəcəfova təmsil ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, qadınlarda daha çox rast gəlinən xəstəliklər problemi bütün dünyada aktualdır. Müxtəlif ölkələrdə qadın xəstəliklərinin statistikası regiondan və tibbi xidmətin əlçatanlıq səviyyəsindən asılı olaraq dəyişir. Son illərdə qadın sağlamlığı geniş spektrli elmi tədqiqatların aparıldığı, yeni tibbi texnologiyaların fəal şəkildə işlənib hazırlandığı və tətbiq olunduğu tibb sahəsinə çevrilib. Konfransda bu xəstəliklər fonunda müasir radiologiyada qadın sağlamlığı problemlərinə dair ümumi müzakirələr aparılıb, bu sahədəki yeniliklər təqdim olunub.

 

ATU-nun əməkdaşları Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər və statistik məlumatları əks etdirən məruzə ilə çıxış ediblər.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA