Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub
13.04.2024 13:43
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub. Sözügedən vəzifə Həsənov Natiq İsrafil oğluna həvalə olunub.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, Həsənov Natiq İsrafil oğlu 1970-ci ildə Samux rayonunda anadan olub. 1991-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin farmasiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1991-1992-ci illərdə Gəncə şəhər MŞA-da provizor ixtisası üzrə internatura keçib.
 
O, 1992-1994-cü illərdə Gəncə şəhər 2 nömrəli uşaq xəstəxanasında, 1994-2000-ci illərdə Gəncə şəhər 97 saylı MŞA-da provizor-texnoloq vəzifəsi üzrə fəaliyyət göstərib. 2000-2002-ci ildə YAKO-80(Makedoniya) dərman firmasının Gəncə şəhəri üzrə regional nümayəndəsi işləyib. 2002-2007-ci illərdə özəl aptek fəaliyyəti ilə məşğul olub. 2008-2016-cı illərdə Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim-gigiyenist, 2019-2020-ci illərdə "Azəri Med" MMC-nin nəzdində fəaliyyət göstərən aptekdə pravizor vəzifələrində çalışıb. 2014-2023-cü illərdə Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarında iştirak edərək müvafiq şəhadətnamələr əldə edib.