"UNITED MEDICAL TOURISM EXPO" sərgisi keçiriləcək
07.04.2024 07:17

Aztibb.az sərginin media dəstəkçilərindən biridir

22-23 may tarixlərində Bakıda, Hyatt Regency oteldə beynəlxalq tibbi turizm "UNITED MEDICAL TOURISM EXPO" sərgisi keçiriləcək.

Bu sərgi tibb və sağlamlıq turizmi üzrə dünya liderlərini bir araya gətirən əsas sənaye tədbiridir. Sərgi “United Expo” şirkəti tərəfindən təşkil olunur və 5 ölkənin - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Hindistanın tibbi turizm assosiasiyaları tərəfindən dəstəklənir.

10 ölkədən tibb müəssisələrinin və sağlamlıq mərkəzlərinin nümayəndələri səhiyyə sahəsində ən son nailiyyətləri, xəstəliklərin qarşısının alınmasını, effektiv müalicə üsullarını, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyaları və xidmətləri təqdim etmək üçün burada toplaşacaqlar!

Sərgidə:

Klinikalar və tibb mərkəzləri
Reabilitasiya mərkəzləri
Estetik tibb mərkəzləri
Sanatoriya-kurort müəssisələri
Sağlamlıq pansionatları
Spa & Wellness otelləri
Tibbi Turizm Agentlikləri
Ixtisas assosiasiyaları
Marketinq və IT şirkətləri
yer alacaq.


Sərgidə sizi gözləyir:

- Dünyanın hər yerindən 30+ iştirakçı;
- Zəngin işgüzar proqram.


Tibbi turizm sahəsində əsas tədbirin bir hissəsi olmaq istəyirsinizsə, sərgiyə qatılın:

Məkan: Bakı, "Hyatt Regency Hotel", İzmir küç.6

Ödənişsiz bilet əldə etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://umtexpo.com/az/?utm_source=pr&utm_medium=web&utm_campaign=aztibb

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA